Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ İranın Bakıdakı səfirliyi Fars körfəsində ABŞ-ın hərbi gəmiləri ilə baş verən hadisənin "fövqəladə bir şey" olmadığını bəyan edib. Bu barədə İran səfirliyinin mətbuat xidmətindən, Vaşinqtonun İran gəmiləri tərəfindən təxribat kimi qiymətləndirdiyi hadisəyə şərh verərkən bildiriblər.
"İranın patrul katerləri ilə Amerika gəmiləri arasında heç bir qeyri-adi toqquşma baş verməyib" - deyə səfirlikdən bildiriblər.
Hadisəni "Bu səpkidən olan ən ciddi təxribat" adlandıran Pentaqonun məlumatına əsasən, bazar günü səhər tezdən Ormuz körfəzində beş İran gəmisi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç gəmiyə atəş açmaq, dövr manevrləri etmək və radioəlaqələndirici vasitəsilə onların parladılacağına dair təhdid göstərməklə aqressiv davranıblar.
İran səfirliyindən qeyd ediblər ki, bu qəbildən olan hadisə ötən il də, baş verib və hadisəni şişirtməyə ehtiyac yoxdur.
Ağ Ev bazar günü Fars körfəzində baş verən hadisə ilə bağlı gələcəkdə baş verə biləcək təhlükəli hadisələrdən qaçmaq üçün İranı öz təxribatçı hərəktlərindən çəkinməyə çağırıb.