...

Yanvarın 20-də Gürcüstan prezidentinin andiçmə mərasimində bütün ordu iştirak edəcək

Dünya xəbərləri Materials 15 Yanvar 2008 18:42 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 yanvar / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan prezidenti seçilən Mixail Saakaşvilinin andiçmə mərasimi yanvarın 20-də keçiriləcək. "Mze" teleşirkətinin verdiyi məlumata görə, Saakaşvili Kutaisidəki Baqrata məbədində and içəcək.

Bundan sonra mərasim Tbilisidə davam etdiriləcək və Saakaşvili parlament binası qarşısında Gürcüstan Konstitusiyasına and içəcək.

Andiçmədən sonra prospektdə Gürcüstan Silahlı Qüvvələrinin iştirakı ilə hərbi parad keçiriləcək. Ordu tam heyətlə təmsil olunacaq.

Andiçmə mərasimində altı ölkə prezidenti, həmçinin, daha 30 ölkənin rəsmi nümayəndə heyəti iştirak edəcək. Azərbaycanı bu mərasimdə Baş nazir Artur Rasizadə təmsil edəcək. Paradın yekununda Tbilisi Opera və Balet Teatrında qonaqlar üçün qəbul olacaq.

Müxalifət Mixail Saakaşvilinin andiçmə mərasimini dağıtmaqla hədələyir.

Xəbər lenti

Xəbər lenti