...

Gürcüstanı Bakı və Kiyevsiz NATO-ya qəbul etməyəcəklər – almaniyalı ekspert

Dünya xəbərləri Materials 17 Yanvar 2008 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar / Trend , müxbir A.Qasımova/ Gürcüstanı digər GUAM ölkələri (Azərbaycan, Moldova, Ukrayna) olmadan NATO-ya qəbul etməyəcəklər. "Əgər Gürcüstanı NATO-ya qəbul etsələr, o zaman bu, Rusiya üçün geosiyasi məğlubiyyət olacaq" - deyə aparıcı almaniyalı ekspert Aleksandr Rar bildirib.

Gürcüstan Mərkəzi Seçki Komissiyası yanvarın 5-də prezident seçkiləri ilə yanaşı "Gürcüstanın NATO-ya daxil olmasını istəyirsinizmi? " sualı üzrə aparılan referendumun ilkin nəticələrini açıqlayıb. Səsvermə zamanı səsverənlərin 72,2 faizi ölkənin Şimalı Atlantika Alyansına qoşulmanı dəstəkləyib.

Rar cümə axşamı telefonla Trend ə bildirib ki, təkcə Gürcüstanın istəyi ilə ölkəni NATO-ya heç kim qəbul etməyəcək. "Məsələ Gürcüstanın kim tərəfindən NATO-ya dəvət edilməsindədir. Avropa İttifaqı Gürcüstana görə Rusiya ilə münasibətləri ciddi şəkildə pozmaq istəmir, Qərb isə necə qərar qəbul etmək üzərində çox fikirləşəcək və sözsüz ki, bu məsələdə Bakı ilə və Kiyev tərəf boylanacaq. Ayrıca Gürcüstanı digər GUAM ölkələri olmadan çətin ki, NATO-ya qəbul etsinlər" - deyə ekspert bildirib.

Xəbər lenti

Xəbər lenti