...

"Altılıq" İrana qarşı yeni sanksiyaları razılaşdırıb

Dünya xəbərləri Materials 23 Yanvar 2008 00:01 (UTC +04:00)
"Altılıq" İrana qarşı yeni sanksiyaları razılaşdırıb

Beynalxalq vasitəçi olan "Altılıq" (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) İranın nüvə probleminə dair BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsinin elementlərini razılaşdırıb. Bunu Almaniyanın XİN başçısı Frank-Valter Ştaynmayer deyib.

"Biz BMT TŞ yeni qətnaməsinin necə olacağına gəlib çıxmışıq, TŞ-na laihə göndəriləcək", - İran problemi ilə əlaqədar "altılıqla" görüşündə Ştanmayer bildirib

"Altılığı" İranın nüvə problemi narahat edir.

"Biz hesab edir ki, İranın nüvə silahı olması Yaxın Şərq üçün mənfi fəsadlar ola bilər. Beynalxalq vasitəçilər İrana öz əllərini uzadıblar, əgər o əməkdaşlıq etmək istəsə. Təsüflər olsun ki, bu hələ baş verməyib", - deyə Almaniyanın naziri qeyd etdi.

"Biz bir daha İranın liderlərini AEBA və BMT TŞ tələblərini yerinə yetirməyə çağırırıq, hər şey Tehrandan asılıdır. Biz hamımız İrandan dostluq addımlarını gözləyirik. "Altılıqda" İran məsələsi ilə bağlı vahid rəy var. Biz hamımız bu problemin həllini istəyirik", - deyə o vurğuladı.

"Yalnız bundan sonra İran son neçə il ərzində itirdiyi etimadı bərpa edə bilər. Biz həmişə İrana deyirdik ki, o beynalxalq qanunlara və BMT TŞ qətnamələrinə əməl etməlidir", - deyə o bildirdi.

BMT TŞ "altılığın" təşəbbüsünə əsasən son iki il ərzində iki qətnamə qəbul edilib - 1737 və 1747, hansılar ki, İrana qarşı, onun nüvə proqrammı ilə bağlı, bəzi saksiyaların tədbiqini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti