...

İsrail Qəzza sektorunda hərbi əməliyyatı dayandırmayacaq – Ehud Olmert

Dünya xəbərləri Materials 2 Mart 2008 14:37 (UTC +04:00)

İsrail hərbiçiləri Qəzza sektorunda hücum əməliyyatını davam etdirəcək. Bunu bazar günü çıxış edən İsrailin baş naziri Ehud Olmert deyib. Bu barədə Asoşeyted Press agentliyi xəbər yayıb.

İsrail hərbiçiləri şənbə günü səhər saatlarından Qəzza sektorunun şimal-şərqində irimiqiyaslı əməliyyatlar başlayıblar. Onlar, fələstin döyüşçülərinin raket zərbələrinə cavab olaraq, bütün əraziyə aviazərbələr endiriblər.

"Heç nə, vətəndaşlarımızın müdafiəsinə yönələn, əməliyyatların dayandırılmasına maneə ola bilməz", - Olmert nazirlər kabinetinin üzvləri ilə müşavirəsi zamanı deyib. O, həmçinin beynəlxalq birliyin tənqidini rədd edib.

Fələstinin milli administrasiyası (FMA) şənbə günü, Qəzzada 60 çox insanın öldürülməsinə etiraz əlaməti olaraq, İsraillə danışıqların dayandırılması barədə bəyanat yaymışdır. Bu barədə RİA Novosti xəbər verir.

Xəbər lenti

Xəbər lenti