...

Rusiya NATO-nun genişlənməsinə dair "atəşli çıxışını" kəsməlidir – Alyansın mətbuat katibi

Dünya xəbərləri Materials 13 Mart 2008 08:57 (UTC +04:00)
Rusiya NATO-nun genişlənməsinə dair "atəşli çıxışını" kəsməlidir – Alyansın mətbuat katibi

Çərşənbə günü NATO-nun mətbuat katibi Ceyms Appaturay, Rusiya hakimiyyətini NATO-nun genişlənməsinə və raketlərdən müdafiə komponentlərinin Şərqi Avropada yerldəşdirməsinə dair "atəşli çıxışını" kəsməyə çağırıb.

"Biz çox sayda, yuxarı səviyyədə, ritorik çıxışlar eşidirik. Atəşli çıxışlar başlıqlara düşür və onlar həddindən artıq çoxdur".

Onun sözlərinə görə, Rusiyanın fikirini nəzərə alırlar, lakin kimin alyansa qəbul etmək qərarını yalnız NATO-nun üzvləri verə bilər.

RİA Novostinin təşkil etdiyi mətbuat konfransında, Abxaziyanın müstəqillik istəyi sualına cavab verən Appaturay bildirdi: "NATO-nun birmənalı və qətiyyətli mövqeyi ondan ibarətdir ki, Gürcüstanın ərazi bütövlüyü qorunub saxlanılsın".

"Alyansa qoşulmaq hüququndan istifadə etmək istəyən yeni üzvlər üçün bizim qapılarımız açıqdır. Lakin, biz yeni üzvlər dalınca düşmürük, onlar NATO-ya qoşulmaq istəyirlər", - deyə Appaturay vurğuladı.

Xəbər lenti

Xəbər lenti