...

Ukrayna Meksikaya GUAM-da müşahidəçi olmaq təklifini verib

Dünya xəbərləri Materials 26 Mart 2008 01:27 (UTC +04:00)
Ukrayna Meksikaya GUAM-da müşahidəçi olmaq təklifini verib

Ukrayna, Kiyev, 25 mart / Trend müxbir Z.Novosvitskiy/ Ukrayna Meksikaya "Demokratiya və İqtisadi əməkdaşlıq Təşkilatı" - GUAM-da müşahidəçi olmaq təklifini verib.

Ukraynanın XİN-nin mətbuat xidmətinin verdiyi məlumata əsasən, bu barədə danışıqlar 24 mart Ukraynanın Meksikadakı səfiri Aleksey Branaşko Meksikanın xarici işlər nazirinin çoxtərəfli əməkdaşlıq və insan hüquqları üzrə müavini Xuan Qomes Robledo Verdusko ilə görüşü zamanı aparılıb.

Görüş zamanı səfir GUAM-ın iş prinsipləri və məqsədləri barədə qarşı tərəfi məlumatlandırdı və onlara müşahidəçi statusunu təklif etdi. Bu təklif maraqla qarşılandı.

2006-cı ilin may ayında GUAM bu qurumu beynalxalq təşkilata çevirmək qərarına gəlib, onun Nizamnaməsini qəbul etmişdir. 2005-ci ilin iyun ayında anoloji təklif ilə Ukrayna Türkiyəyə müraciət etmişdir.

Xəbər lenti

Xəbər lenti