...

Rusiya Abxaziyada sülhməramlıların sayını artırmaqla təxribat xarakterli addım atıb – Gürcüstan XİN-i

Dünya xəbərləri Materials 30 Aprel 2008 18:03 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 aprel / " müxbir N. Kirtsxalia/ Rusiya Federasiyası daha bir məsuliyyətsiz və təxribat məqsədli addım atıb - ilkin müqaviləsiz və Gürcüstan tərəfinin razılığı olmadan birtərəfli qaydada Abxaziyada sülhməramlıların sayını artırıb. Gürcüstanın Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda bildirilir ki, Gürcüstan sülhməramlı əməliyyatlar adı altında maskalanmış bu təcavüz aktını sərt şəkildə ittiham edir.

"Rusiyanın zirehli texnikası, ağır artileriyası və əlavə hərbi birləşmələri Gürcüstanın dövlət sərhədini və Psou çayının qarşısını kəsib. Rusiya Müdafiə Nazirliyinin 2008-ci il 29 aprel tarixli bəyanatında bildirilir ki, Abxaziyanın inzibati sərhədində Gürcüstan hakimiyyətinin icazəsi olmadan 15 yeni post açılıb.

Gürcüstan dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətini münaqişə zanalarında Rusiya hərbi kontingentinin destabil roluna cəlb edib. Hərbi qüvvələrin Abxaziyada bugünkü genişmiqyaslı artımı Gürcüstanın ünvanına daha bir təcavüz aktının və Rusiya tərəfindən növbəti təhlükəli adımın mövcudluğunu ifadə edir. Bu, münaqişənin genişlənməsi riskini yüksəldir və regionda sülh və stabilliyə təhlükə yaradır.

Bəyanatda bildirilir ki, Gürcüstan Rusiyanın hərbi təcavüzünün qarşısını almaq məqsədi ilə adekvat, həlledici və vaxtlı tədbirlərin görülməsi üçün beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar, o cümlədən BMT Baş Katibliyinin Dostları Qrupuna dəfələrlə müraciət edib.

Xəbər lenti

Xəbər lenti