Azərbaycan, Bakı, 10 iyun/ Trend / İnsbruqda "Tivoli" stadionunda Rusiya və İspaniya futbol üzrə yığmaları arasında Avro-2008-in növbəti oyunu baş tutdu.
Komandaların start heyyəti: Rusiya - Akinfeev, Kolodin, Şirokov, Anyukov, Semak, Bilaləddinov, Sıçev, Semşov, Zıryanov, Pavlyuçenko;
İspaniya - Kasilyas, Marçena, Serxio Ramos, Kapdevilğya, Puyol, İnyesta, Vilya, Xavi, Sena, Torres, Silva.
Rusiya komandasının ərizəsinə qapıçılar Qabulov və Malafeev, müdafiəçilər A.Berezuçkiy, V.Berezuçkiy, Yanbaev, İqnaşeviç, yarım müdafiəçi Torbinskiy, İvanov, Bıstrov, Saenko və Adamov daxildirlər. Ərizəyə Arşavin düşə bilməmişdir.
Oyuna hakimliyi Konrad Plauç edirdi.
20-ci dəqiqədə Rusiyanın yığması topu öz qapısına buraxdı. Qolu, Fernando Torresdən ötürmə alan David Vilya vurdu.
45 dəqiqədə Vilya ikinci topu vurdu, 75-ci dəqiqədə isə het-trik etdi.
Üç qola cavab olaraq Rusiya yığmasının oyunçusu Pavluçenko 86-cı dəqiqədə təsəlli qolu vurdu.
Oyunun son dəqiqələrində (90+1) Fabreqas qələbə qolunu vurdu. Beləliklə İspaniya Rusiyaya 4:1 hesabı ilə qalib gəldi.
D qrupunda ruslardan və ispanlardan başqa Yunanıstanın və İsveçrənin yığmaları çıxış edirlər.