Fransa, Strasburq, 26 iyun / Trend müxbir A.Məhərrəmli/ Avropa Şurası Parlament Assambleyasının yay sessiyasi çərçivəsində AŞ-nin "Mədəniyyətlərarası dialoqa dair" Ağ kitabinin təqdimatı ile bagli iyunun 26 da metbuat konfransi keçirilmişdir. Mətbuat konfransında AŞ Baş Katibi Terri Devis, elm, tehsil, mədəniyyət, idman və gənclər üzrə baş Direktorluğunun rəhbəri Gabriella Battani- Dragoni ve Numayəndələr Komitəsinin təhsil, mədəniyyət, idman, gənclər və ətraf mühit uzrə Mərüzəçiler qrupunun sədri xanım Eleonora Petrova-Mitevska iştirak etmişdilər.
Gabriella Battani- Dragoni çıxışında bildirb ki, mədəniyyət müxtelifliyi butun cəmiyyətlərə xasdır. Mədəni muxtəlifliyin demokratik idarə edilmesi AŞ-nin 2005-ci ilin may ayinda AŞ üzv dövlətlərin dövlət ve hökümət başçılarının Varşava zirvə toplantısında qebul etdiyi Fealiyyet planinin siyasi prioritetlərindən birini təşkil edir.
"O, Ağ kitab bir çox dillərə tərcüme olunacaq və paylanacaq. Kitabda əksini tapan dəyərlərin həyata keçirilməsində və ayrı-seçkiliye qarşi mübarizədə KIV-in rolunun vacibliyi vurğulanır. Bu çərçivədə bir çox kampaniyalar həyata keçiriləcək", - deyə o bildirdi.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]