...

Tehran – Qum yolunda avtoqəzada 25 nəfər həlak olub

Dünya xəbərləri Materials 1 İyul 2008 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir T.Cəfərov/ Bu gün səhər saatlarında Tehran - Qum yolunda avtobusun aşması nəticəsində 25 nəfər həlak olub.

Bu barədə İranın İRİNN xəbər kanalı məlumat yayıb.

Tehran şəhər Yanğınsöndürmə Xidmətinin sözçüsü Bəhruz Təşəkkürün bildirdiyinə görə, avtobus Tehran - Qum yolunun 35 kilometrliyində Hafiziyyə yanacaqdoldurma məntəqəsinin qarşısında aşıb.

Hazırda xilasetmə işləri davam etdirilir. Xilasetmə əməliyyatında bir vertalyot, 12 təcili tibbi yardım maşını iştirak edir.

Təşəkkür yaralıların və ölənlərin sayının artması ehtimalını istisna etməyib.

Xəbər lenti

Xəbər lenti