...

Türkiyədə PKK terrorçuları alman alpinistləri qaçırıblar

Dünya xəbərləri Materials 9 İyul 2008 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir S.İlhamqızı/ Türkiyədə Ağrı dağına çıxan 13 nəfərlik alman alpinist qrupunun 3 nəfər üzvü bu gün PKK terrorçuları tərəfindən qaçırılıb. Bu barədə Türkiyənin Anadolu Agentliyi məlumat yayıb.

Ağrı bölgəsinin valisi Mehmet Çətin bildirib ki, bir qrup alpinist Xarici İşlər Nazirliyindən icazə alaraq 3 gün əvvəl bu bölgəyə səfər edib. 13 nəfərdən ibarət qrup 3 200 m. yüksəklikdə düşərgə salıb. Bu arada PKK-nın 5 nəfər üzvü həmin düşərgəyə gələrək 3 alpinisti qaçırıb.

Çətinin sözlərinə görə, terrorçular bildiriblər ki, bu hərəkəti Almaniya hökumətinin son zamanlar PKK-nın dərnək və tərəfdarlarına qarşı apardığı fəaliyyətə cavab olaraq həyata keçiriblər.

Digər alpinistlər Ağrı bölgəsinin mərkəzinə gətiriliblər. Jandarma Komandanlığı iri miqyaslı axtarış əməliyyatlarına başlayıb.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti