...

Rusiyanın Gürcüstandakı münaqişələrin nizamlanmasına konstruktiv qoşulması qaçılmazdır – Aİ nümayəndəsi

Dünya xəbərləri Materials 9 İyul 2008 17:06 (UTC +04:00)
Rusiyanın Gürcüstandakı münaqişələrin nizamlanmasına konstruktiv qoşulması qaçılmazdır – Aİ nümayəndəsi

Gürcüstan, Tbilisi, 09 iyul / Trend , müxbir N.Kirtsxaliya/ Rusiyanın bu məsələyə konstruktiv əsasda qoşulması Gürcüstandakı münaqişələrin nizamlanması üçün qaçlmazdır. Bu barədə çərşənbə günü Tbilisidə keçirilən mətbuat konfransında Avropa İttifaqının xüsusi nümayəndəsi Piter Semnebi bildirib.

Onun sözlərinə görə, Gürcüstan ərazisindəki münaqişələrin nizamlanmasının açarı Moskva və Tbilisidədir. "Hər şey Gürcüstan-Abxaziya münasibətlərinin nizamlanmasından asılıdır, Avropa İttifaqı isə yalnız prosesin sürtləndirilməsinə yardım edə bilər ", - deyə Semnebi qeyd edib.

O, "münaqişə zonasında baş verənlərin təkrarlanmaması" üçün tərəfləri "geri çəkilməyə" çağırıb.

Özlərini respublika elan edən Cənubi Osetiya və Abxaziya ilə rəsmi Tbilisi arasında fikir ayrılığı son həftə hərbi qarşıdurma mahiyyəti alıb. Qali və Tsxinvalidə baş verən faciəli terror hadisələrindən sonra tanınmamış birləşmələr Tbilisini vəziyyəti gərginləşdirməkdə ittiham ediblər. Tbilisi isə bu hadisələrlə əlaqəsinin olmadığını bəyan edib və öz növbəsində terror hasdisələrində Rusiyanı və qondarma rejimləri ittiham edib. Gürcüstan gərginliyin aradan qaldırılmasında və ərazi bütövlüyünün bərpa olunmasında Qərbin vasitəçiliyinə ümid edir.

Xəbər lenti

Xəbər lenti