...

İstanbuldakı terroru təşkil edənlərlə sonadək mübarizə aparacağıq – Türkiyə prezidenti

Dünya xəbərləri Materials 9 İyul 2008 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir S.İlhamqızı/ Türkiyə prezidenti Abdullah Gül çərşənbə günü ABŞ-ın İstanbuldakı Konsulluğu qarşısında törədilən terror aktını pisləyib. "Bunları təşkil edən, arxasında dayananlara qarşı Türkiyə sona qədər mübarizə aparacaq" - deyə prezident Gül bildirib. Bu barədə Türkiyənin Anadolu Agentiyi məlumat yayıb.

Bu gün 4 nəfər naməlum şəxsin ABŞ -ın İstanbuldakı Konsulluğunun viza giriş qapısının qarşısında polislərə açdığı atəş nəticəsində 3 nəfər polis həlak olub, bir neçə nəfər yaralanıb. Atışmada hücumçulardan üçü öldürülüb.

Baş nazir Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyədə sabitliyə və dayanıqlığa qarşı qəsd edən belə xain qüvvələr, qəhrəman asayiş keşikçilərinin əzmkarlığı sayəsində, öz məqsədlərinə nail ola bilməyəcəklər.

ABŞ -ın Türkiyədəki səfiri Ross Uilson də hadisəyə münasibətini bildirib, bu silahlı hücumu terror aktı kimi qiymətləndirib. O, türk və amerikalı təhlükəsizlik mütəxəssislərinin hadisəni birlikdə araşdırdığını deyib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti