...

Gələn həftə Türkiyənin sabiq ordu generallarının ittiham aktı oxunacaq

Dünya xəbərləri Materials 11 İyul 2008 13:04 (UTC +04:00)
Gələn həftə Türkiyənin sabiq ordu generallarının ittiham aktı oxunacaq

Azərbaycan, Bakı, 11 iyul / , müxbir S.İlhamqızı/ Türkiyədə yüksək rütbəli hərbçilərin və ictimai xadimlərin həbsi ilə əlaqədar ittiham aktı gələn həftənin bazar ertəsi İstanbul məhkəməsində oxunacaq. Bu barədə Türkiyənin Cihan Xəbər Agentliyi məlumat yayıb.

İstanbul şəhər baş prokuroru Turan Çolakkadı cümə günü KİV-ə açıqlamasında bildirib ki, 2500 səhifədən ibarət ittiham aktı bazar ertəsi Türkiyə vaxtı ilə saat 11.00 - da İstanbul şəhər məhkəməsində Türkiyənin Baş prokuroru Aykut Çingic Engin tərəfindən oxunacaq.

Ankarada polislərin iyulun 1 - də həyata keçirdikləri "Ergenekon" əməliyyatı çərçivəsində, Türkiyənin bir neçə sabiq ordu generalı, media və ictimaiyyət nümayəndələrindən ibarət 21 nəfər həbs olunub, sonradan şübhəli şəxs qismində 85 nəfər istintaqa cəlb edilib. Onlar "dövlətə qarşı qiyam hazırlamaqda", "terror şəbəkəsi yaratmaqda" ittiham olunurlar.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti