...

Totalın sədri hələlik İranın neft-qaz layihələrindən imtina etmədiyini bildirib

Dünya xəbərləri Materials 14 İyul 2008 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul / Trend , müxbir T.Cəfərov / "Uzunmüddətli neçə milyard dollarlıq neft proqramlarından söhbət gedirsə, özü də İran kimi enerji yataqları ilə zəngin olan bir ölkədə, buna göz yummaq olmaz" -deyə Fransanın nəhəng Total neft şirkətinin başçısı Kristof De Marjeri Fransanın 24 kanalına verdiyi müsahibədə bildirib. Bu barədə məlumatı İranın "İRİNN" xəbər kanalı məlumat yayıb.

Kristof de Marjeri bildirib ki, nə İran tərəfinin , nə də Total şirkətinin bununla bağlı qəti qərarı yoxdur, dünyada cərəyan edən siyasi proseslərə görə, öhdəliklərə əməl etmək çətindir. Total şirkəti İrandan sərmayələrini çıxarmaq və bu bölgəyə göz yummaq fikrində deyil; vəziyyətin sonunu gözləyir.

"Total İrandan çıxmayacaq, biz qərara almışıq ki, hazırda öz planlarımızı bu əhəmiyyətli qaz regionunda həyata keçirməyək." - deyə De Marjeri bildirib.

Fransanın Total neft şirkətinin başçısı De Marjeri iyulun 9 -da "Financial Times" qəzeti ilə müsahibəsində bəyan etmişdi ki, şirkət bundan sonra İrana sərmayə yatırmayacaq və bu addımı İranda siyasi vəziyyətin çox təhlükəli olması ilə izah etmişdi.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti