...

Tbilisidə MDB ölkələri Baş prokurorları Koordinasiya Şurasının iclası keçiriləcək

Dünya xəbərləri Materials 15 İyul 2008 20:39 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 iyul/ Trend , müxbir N.Kirtsxaliya/ İyulun 17-də Tbilisidə MDB ölkələri Baş prokurorları Koordinasiya Şurasının iclası keçiriləcək. İclasda 10 ölkədən nümayəndə heyəti iştirak edəcək.

aİclasda trafikinqlə, insan orqanları və insan toxumları ticarəti ilə mübarizə, qanunsuz miqrasiya ilə mübarizə, mütəşəkkil cinayətkarlıqla mübarizəyə dair fəaliyyət planını müzakirə edəcəklər. Narkotiklər və psixotrop vasitələrin qanunsuz dövriyyəsi ilə birgə mübarizə planı hazırlanacaq.

Bu sahədə əməkdaşlığa dair birgə sənədin qəbul edilməsi planlaşdırılıb. MDB Baş prokurorlarının daimi orqanı ildə iki dəfə toplanır. Gürcüstanda belə görüş 1997-ci ildə baş tutub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti