...

Ukrayna öz vətəndaşlarının Gürcüstandakı hərbi əməliyyatlar zonasından vətənə qaytarılması üçün bütün səylərini sərf edəcək – Viktor Yuşşenko

Dünya xəbərləri Materials 12 Avqust 2008 16:33 (UTC +04:00)

Ukrayna, Kiyev, 12 avqust / Trend , müxbir Z.Novosvitski/ Ukrayna prezidenti Viktor Yuşşenko ölkə vətəndaşlarının Gürcüstandakı hərbi əməliyyatlar zonasından evokuasiyası üçün bütün lazımi səyləri tətbiq edir. Bu barədə çərşənbə axşamı dövlət rəhbərinin mətbuat xidmətindən məlumat verilib.

"Mənim sərəncamıma əsasən, artıq iki çarter reysi həyata keçirilib və Ukrayna vətəndaşları Gürcüstandan vətənə gətirilib. Bütün Ukrayna vətəndaşları vətənə qaytarılacaq. Heç bir ukraynalı bəla ilə baş-başa qalmayacaq", - deyə Yuşenko bildirib.

Dövlət başçısı bildirib ki, onun göstərişi ilə Ukraynanın Tbilisidəki səfirliyində və Batumidəki Konsul Agentliyində ukraynalılara lazımi yardım göstərən sutkalıq qərargahlar yaradılıb.

Həmçinin, , zərurət yaranacağı təqdirdə, Yuşşenkonun tapşırığı ilə Ukrayna vətəndaşlarının evokuasiyasına əlavə nəqliyyat vasitələri cəlb ediləcək.

Prezident Katibliyindən xatırladırlar ki, avqustun 12-də səhərə olan vəziyyətə görə, Ukraynanın Gürcüstandakı diplomatik nümayəndəliyinə təqribən 350 vətəndaş ekvokuasiya olunmalarına yardımın göstərilməsi xahişi ilə müraciət edib.

Hazırda köçürülmə Tbilisi və Batumi aeroportlarından və Batumi limanından dəniz nəqliyyatı vasitəsilə mümkündür.

Bu vaxtadək artıq 141 Ukrayna vətəndaşı evokuasiya olunub.

Bu gün Batumi limanından Ukrferri şirkətinə məxsus bərənin yola düşməsi də planlaşdırılıb. Onunla təqribən 150 Ukrayna vətəndaşının gətirilməsi gözlənilir.

Birçox ukraynalı müstəqil şəkildə Ermənistan ərazisindən keçməklə Ukraynaya gedir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti