Gürcüstan, Tbilisi, 12 avqust/ Trend müxbir N.Kirtsxalia/ Rusiya tərəfi Gürcüstanın iqtisadiyatına ciddi iqtisadi ziyan vurmaq niyyətindədir. Bu barədə Gürcüstanın baş naziri Lado Qurqenidze bəyan edib .
" ADNŞ-nə məxsus Kulevidə yerləşən neft terminalının əməkdaşlarına sülh məramlıların nümayəndələri gələrək bildiriblər ki , onlar Kulevi yaxınlığında yerləşən meşəni bombarduman etmək niyyətindədirlər . Bunu, orada gürcü hərbiçilərinin yerləşməsi ilə izah ediblər ", deyə o bildirib .
" Baş nazir bildirib ki , bu halda Gürcüstan , Azərbaycana məxsus və tikintisinə bir neçə yüz mln. doolar qoyulan ciddi iqtisadi obyekt itirə bilər ", deyə o bildirib .
Qurqenidze onuda bildirib ki , Rusiya tərəfi Poti limanında Gürcüstana məxsus üç gəmi batırmaq niyyətindədir . " Onlar bunu limanın ərazisində etmək istəyirlər . Bu isə , həmçinin ərəb şirkətinə məxsus limanın infrastrukturuna ciddi ziyan vuracaq ", deyə o onuda vurğulayıb ki , hal hazırda Rusiya ilə digər gəmilərin batırılması barədə danışıqlar gedir .
Məqalə müəllifi ilə əlaqə ünvanı : trend@trend. az