...

Rusiya artıq Gürcüstanda qalmamalıdır - Metyu Brayza

Dünya xəbərləri Materials 14 Avqust 2008 18:35 (UTC +04:00)
Rusiya artıq Gürcüstanda qalmamalıdır - Metyu Brayza

Gürcüstan, Tbilisi, 14 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ABŞ Dövlət Katibi müavininin köməkçisi Metyu Brayzanın bəyanatına görə, Rusiya Gürcüstan əleyhinə təcavüzə yol verməklə, ən böyük səhvə yol verib.

Bu bəyanatı Brayza bu gün Gürcüstan parlamentinin sədri David Bakradze ilə görüşündən əvvəl verib. Amerikalı diplomat qeyd edib ki, Rusiya öz hərəkətləri ilə beynəlxalq hüquq normalarını pozub.

"Rusiya artıq Gürcüstanda qalmamalıdır və onun hərbi birləşmələri ölkəni vaxtında tərk etməlidirlər", - Brayza bəyan edib.

Xəbər lenti

Xəbər lenti