...

Rusiya hərbçiləri BMT-nin hərbi müşahidəçilərini Qoriyə buraxmayıblar

Dünya xəbərləri Materials 15 Avqust 2008 15:14 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Rusiya işğalçı qüvvələri beynəlxalq müşahidəçilərin Qoriyə buraxılmasının qarşısını hər vəchlə alırlar. Gürcüstanın İctimai Televiziyasının verdiyi məlumata görə, bü gün günorta Rusiya hərbçiləri BMT-nin hərbi müşahidəçilər missiyasını şəhərə buraxmayıb.

Rusiya hərbçiləri bəyan ediblər ki, şəhərə BMT müşahidəçilərinin buraxılması barədə onlarda əmr yoxdur.

BMT-nin Gürcüstanda müşahidəçilik üzrə missiyası məlumat toplamaq və bu barədə Nyu-Yorkdakı mərkəzi ofisi tanış etmək üçün Qoriyə buraxılmalarını tələb edib. Bu bəyanatlara baxmayaraq, onlar Qorinin yaxınlığını tərk etməli olublar.

Dünən BMT Baş Katibliyi tərəfləri atəşi dayandırmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti