Gürcüstan, Tbilisi, 18 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Rusiya tankları bu dəqiqələrdə hələ ki Rusiya təcavüzünə məruz qalmamış Saçxere və Borjomi şəhərlərinə daxil olub. Bu barədə bazar ertəsi Gürcüstan DİN məlumat verib.
DİN-in məlumatına əsasən, İmereti və Samtsxe - Cavahetiya regionunda yerləşən bu şəhərlərə onlarla tank daxil olub. Onlar əhali ilə əlaqəyə girmirlər.
Qeyri - rəsmi məlumata əsasən, rusiyalı hərbçilər Saçxeredə fransızların tikdiyi dağ hərbi bazasını dağıtmaq əmri alıblar.
Atəşkəs haqqında əvvəllər imzalanmış sazişlərə müvafiq olaraq, RF prezidenti Dmitri Medvedyev bazar ertəsi saat 12.00- dan etibarən Silahlı Qüvvələrini Gürcüstandan çıxarmağa vəd verib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]