Gürcüstan, Tbilisi, 18 avqust/ Trend , müxbir N.Kirtsxaliya/Hazırda gürcü-osetin zonasından və ona bitişik Şida Kartli regionundan olan qaçqınların sayı 200 minə çatıb. Bu barədə jurnalistlərə qaçqınların yerləşdirilməsinə nəzarət edən Gürcüstan parlamentinin deputatı Koba Subeliani deyib.
Hazırda rəsmi qeydiyyatdan 70 min adam keçib, proses davam edir.
"Biz qaçqın və məcburi köçkünlərin ərzaqla təminatı məsələsini tam həll edə bildik, lakin bizim odeyala ehtiyacımız var", - əhaliyə göstərdiyi köməyə görə təşəkkür edən deputat deyib.
Gürcüstanda gürcü-abxaz münaqişəsi zamanı 300 qaçqın var idi.