...

"Boinq" sərnişin təyyarəsi Bişkekdə havaya qalxarkən qəzaya uğrayıb

Dünya xəbərləri Materials 24 Avqust 2008 23:57 (UTC +04:00)
"Boinq" sərnişin təyyarəsi Bişkekdə havaya qalxarkən qəzaya uğrayıb

Qırğızıstan, Bişkek, 24 avqust Trend R.Məşədihəsənli/ Bazar günü "Boinq" tipli təyyarə Bişkekin "Manas" hava limanında havaya qalxarkən qəzaya uğrayıb. Göyərtəsində 123 nəfərin olduğu їBOİNG-737ї sərnişin təyyarəsini bu saatlaradək hələ söndürmək mümkün olmayıb. Bu barədə Trend müxbirinə Qırğızıstan Fövqəladə Hallr Nazirliyinin növbətçi-dispetçeri S.Olşanski məlumat verib.

Onun sözlərinə görə, avia-qəza nəticəsində sağ qalanlardan 11 yaralı 4 saylı Bişkek şəhər xəstəxanasına yerləşdirilib.

Qırğızıstan Şimal Regionlararası İdarənin rəisi ve FHN əməkdaşları hazırda avia-qəzanın baş verdiyi ərazidədirlər.

Xəbər lenti

Xəbər lenti