...

Ukrayna xalq deputatları Qafqazdakı hadisələrdə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər

Dünya xəbərləri Materials 2 Sentyabr 2008 15:56 (UTC +04:00)

Ukrayna, Kiyev, 02 sentyabr / Trend , müxbir Z.Novosvitski/ Ukrayna Ali Radası Qafqazda baş verən hadisələr nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Bu təkliflə Regionlar Partiyası fraksiyasının lideri Viktor Yanukoviç çıxış edib.

Regionlar Partiyası bildirib ki, Ukrayna Rusiya - Gürcüstan münaqişəsində hansısa tərəfin mövqeyini fəal dəstəkləməməlidir. Lakin partiya lideri Viktor Yanukoviç, Rusiyanın etdiyi kimi, Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini tanımağa çağırıb.

Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlı qüvvələri və beynəlxalq müşahidəçilərin saxlanılması barədə qərar qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti