...

Avropanın təhlükəsizliyi Gürcüstanın ərazi bütövlüyündən əhəmiyyətli dərəcədə asılıdır

Dünya xəbərləri Materials 2 Sentyabr 2008 20:10 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/Rusiya Gürcüstanın ərazisini işğal etməklə, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqla, təkcə Gürcüstanın əlindən müstəqillik və azadlığını almaq istəmir, həm də bu regionun tranzit rolunu şübhə altına almağa çalışır.

Çərşənbə axşamı keçirilən mətbuat konfransında Gürcüstanın neft məhsulları idxalçıları, istehsalçıları və istehlakçıları Birliyinin sədri Vano Mtvralaşvilinin deyib.

Mtvralaşvilinin dediyinə görə, Rusiya tranzit funksiyaları nəzarət altına almağa, Gürcüstanı mühüm funksiyanı yerinə yetirə bilməyən qeyri-sabit dövlət kimi təqdim etməyə çalışır.

Onun sözlərinə görə, ABŞ və Avropa Gürcüstana enerji resurslarının, Rusiyadan yan keçərək, nəqlini həyata keçirəcək mühüm enerji dəhlizi kimi baxır. Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və sabitliyi bərpa ediləcəyi təqdirdə, Avropa enerji resurslarını, Rusiyadan yan keçərək, Azərbaycan, Türkmənistan və Qazaxıstandan alacaq ki, bu da Köhnə Dünyanın Moskvadan asılılığını xeyli azaldacaq.

Gürcüstan ərazisindən bir neçə strateji əhəmiyyətli magistal - Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri keçir.

Mtvralaşvili qeyd edib ki, "Nabukko"layihəsi də mühüm əhəmiyyətə malikdir.

"Rusiya öz enerji resurslarını siyasi məqsədlər üçün istifadə edir. Məsələn, Rusiyaya qarşı qadağalar tətbiq ediləcəyi təqdirdə, Rusiya məmurlarının Avropaya qaz və neft nəqlinin dayandırılmasını istisna etməyən bəyanatı göstərmək olar. Belə vəziyyətdə enerji resurslarının nəqlinə görə alternativ yolların axtarışı həyati əhəmiyyət daşıyır və bu səbəbdən, Gürcüstanın ərazi bütövlüyünün, stabilliyinin bərpası Avropanın gələcəyi üçün vacibdir", - sədr qeyd edib.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlılarının və beynəlxalq müşahidəçilərin saxlanılması haqqında qərar qəbul edilib. 

Xəbər lenti

Xəbər lenti