...

Moskvada KTMT Şurasının sessiyasında Qafqazdakı vəziyyətlə bağlı deklarasiya qəbul ediləcək

Dünya xəbərləri Materials 5 Sentyabr 2008 03:03 (UTC +04:00)
Moskvada KTMT Şurasının sessiyasında Qafqazdakı vəziyyətlə bağlı deklarasiya qəbul ediləcək

Rusiya, Moskva, 05 sentyabr/ Trend , müxbir R.Ağayev/ Sentyabrın 5-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası keçiriləcək. Sessiyanın işində quruma üzv dövlətlərin başçıları iştirak edəcəklər. Söhbət Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistan prezidentlərindən gedir. Bu barədə Trend -a Rusiya prezidentinin mətbuat xidmətindən məlumat veriblər.

Sözügedən sessiyada qurumun bütün orqanlarında sədrlik Qırğızıstandan Ermənistana keçəcək.

Sammit zamanı Cənubi Osetiyadakı hadisələr kontekstində hərbi-siyasi durumun inkişaf tendensiyalarının, habelə kollektiv təhlükəsizliyə qarşı yaranan təhlükələrin qarşısının alınması ilə bağlı tədbirlərin, eləcə də Kollektiv Təhlükəsizlik Şurasının Minsk (2006-ci il) və Düşənbə (2007-ci il) qərarlarının icrasının nəticələri müzakirə olunacaq.

İclasda bir sıra sənədlərin imzalanması gözlənilir. Onların arasında Qafqazdakı vəziyyət daxil olmaqla özündə dünya və regional miqyaslı problemlərə yanaşmaları əks etdirən Deklarasiya xüsusi önəm daşıyır.

KTMT ї keçmiş sovet respublikaları tərəfindən 1992 - ci il mayın 15 - də imzalanmış Kollektiv Təhlükəsizlik Müqaviləsi əsasında yaradılmış hərbi-siyasi ittifaqdır. KTMT-nin üzvləri aşağıdakılardır: Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, Ermənistan, Tacikistan və Özbəkistan.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti