...

Gürcüstan hakimiyyəti Rusiyanın hərbi müdaxiləsindən qaça bilərdi – sorğu

Dünya xəbərləri Materials 8 Sentyabr 2008 12:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Həftəlik "Kviris palitra" (Həftənin palitrası) tərəfindən rəyi soruşulanların böyük əksəriyyəti hesab edir ki, Gürcüstan hakimiyyəti Rusiyanın hərbi müdaxiləsinin qarşısını ala bilərdi. Sorğulanan 407 respondentin 43 faizi hesab edir ki, Osetiya və Rusiyanın təxribatına baxmayaraq, Gürcüstan hakimiyyətinin belə bir imkanı var idi.

Rəyi soruşulanların 35,8 faizi müdaxilənin qarşısını almağın mümkün olmadığını bildirib. Çünki bu plan uzun illər ərzində hazırlanıb və münaqişə son aylarda fəal fazaya daxil olub.

Respondentlərin 21,2 faizi isə suala birmənalı cavab verməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı- [email protected]

Xəbər lenti

Xəbər lenti