...

Türkiyə Gürcüstana hərbi - tibbi sahədə maddi - texniki yardım göstərəcək

Dünya xəbərləri Materials 19 Sentyabr 2008 15:33 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Müdafiə Nazirliyində Türkiyənin attaşesi, hərbi əməkdaşlıq koordinasiya şurasının rəhbəri polkovnik Nureddin Aydoğan və beynəlxalq münasibətlər və avrointeqrasiya departamentinin rəhbəri Nino Bakradze arasında keçən görüşdə Türkiyənin hərbi-tibbi sahədə Gürcüstana maddi-texniki yardım göstərməsi məsələləri müzakirə edilib.

Gürcüstanın Müdafiə Nazirliyindən bildiribər ki, tərəflər 2009 - cu ildə ikitərəfli fəaliyyət planının əsas istiqamətləri və prioritetlərini müzakirə ediblər. Görüşdə Türkiyə tərəfi fəal əməkdaşlığa hazır olduğunu bildirib və gələcək qarşılıqlı fəaliyyətin daha məhsuldar olacağına ümid etdiyini ifadə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti