Türkiyə, Ankara, 26 sentyabr / Trend , müxbir T.Əliyev/ İraqın
şimalındakı mənbələr Türkiyə hava
qüvvələrinə məxsus təyyarələrin
bölgədəki PKK düşərgələrini
bombaladığını bildiriblər. Türkiyənin NTV
kanalının Şimali İraqdakı kürd
administrasiyasının nümayəndələrinə
istinadən yaydığı məlumata görə, Kortek,
Gelibadran, Şehit Harun ve Pirdeşal bölgələri ilə
Kaletokan PKK düşərgəsi bombalanıb.
Əməliyatın axşam yerli vaxtla 22.45-də
başladığı bildirilib.
Kandil dağına ən yaxın yaşayış məntəqəsi olan Çoman administrasiyasının rəhbəri Abdülvahid Gani isə 16 türk qırıcı təyyarəsinin Kandil dağını bombaladığını, əməliyata məruz qalan bölgədə mülki yaşayış məntəqəsi olmadığını bildirib.
Türkiyə Silahlı Qüvvələri əməliyatla bağlı hələlik heç bir məlumat verməyiblər.