Əfqanıstan-Pakistan sərhəddində insident baş verib. ABŞ və əfqan hərbçiləri pakistanlı əsgərlərə qarşı atəş açıblar. Bu, sonuncuların ABŞ vertolyotlarını atəşə tutmalarından sonra baş verib.
ABŞ hərbçilərinin nümayəndəsi kontr-admiral Qreq Smitin bildirdiyinə görə, atəşi birinci pakistanlı hərbçilər açıblar. Onlar ABŞ qoşunlarını müşaiyət edən iki OH-58 kəşfiyyət helikopterini atəşə tutublar. Buna cavab olaraq amerikalılarla əfqanlar qarşı tərəfə atəş açıblar. Atışma 5 dəqiqə davam edib. Reuters agentliyinin məlumatına görə, ölən və yaralanan haqda bilgi verilmir.