...

Qafqaz böhranından sonra dünya düzəni yenidən dəyişdi ї Rusiya XİN

Dünya xəbərləri Materials 28 Sentyabr 2008 01:17 (UTC +04:00)
Qafqaz böhranından sonra dünya düzəni yenidən dəyişdi ї Rusiya XİN

Azərbaycan, Bakı, 28 sentyabr / Trend / Bunu Rusiya xarici işlər naziri Serqey Lavrov BMT Baş Assambleyasında çıxışı zamanı bildirib. Vesti telekanalının yayımladığı çıxışda Lavrov qeyd edib ki, їQafqaz böhranından sonra dünya düzəni yenidən dəyişdi, artıq hamı üçün aydın oldu ki, 2001-ci il sentyabrın 11-də baş vermiş terror aktından sonra dünya ölkələrinin göstərdiyi həmrəylik yenidən bərqərar olmalıdır. Bu həmrəylik ikili standartlardan imtina etməklə, beynəlxalq hüquqa qarşı olan istənilən təcavüzə qarşı təpki göstərməlidiї

Rusiya rəsmisi Qafqaz böhranının nəticələrinin öyrənilməsinin nəinki region ölkələri, habelə dünya ictimaiyyəti üçün əhəmiyyətli olduğunu qeyd edib.

Nazir vurğulayıb ki, їQafqaz böhranı göstərdi ki, münaqişələrin bir qütblü dünya düzəni şəraitində həlli nəinki mümkün deyil, həm də çox təhlükəlidir.ї

Xəbər lenti

Xəbər lenti