Ukrayna, Kiyev, 02 oktyabr/ Trend , müxbir Z.Novosvitski/ Ali Rada sentyabrın 2 - də keçirilmiş səsvermə nəticəsində, hakim koalisiyanın - Yuliya Timoşenko Bloku (YTB) və "Bizim Ukrayna - Xalq özünümüdafiə"nin (BUXÖ) dağılmasına səbəb olmuş qanun layihələrini rədd edib
Cümə axşamı parlamentə baxılmaq üçün prezidentin veto qoyduğu beş Qanun təqdim edilib: Nazirlər Kabineti haqqında Qanuna dəyişikliklər, müvəqqəti istintaq komissiyaları haqqında qanun layihəsi, Konstitusiya Məhkəməsinin səlahiyyəti, Ukrayna Təhlükəsizlik Xidmətinin işi və eləcə də yerli dövlət hakimiyyəti rəhbərlərinin vəzifələrini yerinə yetirən şəxslərin fəaliyyəti ilə bağlı dəyişikliklər.
Əvvəllər bu Qanunların lehinə Yuliya Timoşenko Bloku və Regionlar Partiaysı birlikdə səs verib. O vaxt yeni hakim koalisiyanın de - fakto yaradılması ilə bağlı bəyanatlar verilib.
Ukrayna qanunvericiliyinə əsasən, prezidentin veto qoyması halında, deputatlar dövlət rəhbərinin təkliflərini ya qəbul etməli, ya da onun vetosunu qanunla üstələməlidir. Əks təqdirdə, səsvermə qanuni qüvvəsi olmayan hesab edilir.
Deputatlar Nazirlər Kabineti haqqında Qanuna edilən dəyişikliklərə prezidentin düzəlişlərini qəbul etməyiblər, lakin vetonu da üstələyə bilməyiblər. Buna görə də qanun layihəsi ləğv edilib. Müvəqqəti istintaq komissiyaları ilə bağlı qanun layihələri ilə də analoji vəziyyət baş verib. Konstitusiya Məhkəməsinin səlahiyyətinə və Ukrayna Təhlükəsizlik Xidmətinin işinə və eləcə də yerli dövlət hakimiyyəti rəhbərlərinin vəzifələrini yerinə yetirən şəxslərin fəaliyyəti ilə bağlı prezidentin düzəlişləri yalnız YTB-dən və BUXO-dan olan deputatlar təsdiq ediblər. Nə Regionlar partiyası, nə Litvinin Bloku, nə də Ukraynanın Kommunist partiyası bunun lehinə bir dənə də olsun səs verməyib.
Ukrayna Ali Radasının sədri Arseni Yasenyuk plenar iclasda bəzi qanunların ləğvilə bağlı səsvermənin demokratik koalisiyanın fəaliyyətinin bərpasına ilk addım olması haqqında fikr söyləyib.