...

Timoşenko hökuməti Nazirlər Kabinetinin yeni tərkibi təyin edilənədək işləməlidir - Ukrayna prezidenti

Dünya xəbərləri Materials 9 Oktyabr 2008 16:13 (UTC +04:00)

Ukrayna, Kiyev, 09 oktyabr/ Trend , müxbir Z.Novosvitski/Ukrayna prezidenti Viktor Yuşşenko deyib ki, Yuliya Timoşenkonun başçılıq etdiyi hökumət öz vəzifələrini Nazirlər Kabinetinin yeni tərkibi təyin edilənədək yerinə yetirməlidir.

UNİAN informasiya agentliyinin verdiyi məlumata görə, bu barədə dövlət rəhbəri Romada keçirilən mətbuat konfransında bildirib.

O, Nazirlər Kabinetinin yeni tərkibi təyin edilənəcək Timoşenko hökumətinin hakimiyyətdə heç olmasa səlahiyyətləri yerinə yetirən statusunda qalacağı ilə bağlı suala cavab verərkən bildirib ki, "əminəm, o qalacaq".

Ukrayna prezidenti qeyd edib ki, bu məsələ ilə bağlı hansısa yoxlama aparmağa ehtiyac yoxdur.

Xəbər lenti

Xəbər lenti