ABŞ Rusiya ilə konstruktiv əlaqələri yaratmağa çalışır, lakin onun kavkazda hərəkətlərindən narahatdır, Budapeştdə ABŞ müdafiə naziri Robert Qeyts bildirib, İTAR-TASS xəbər verir.
"Gürcüstana soxulmaqla Rusiya heç bir strateji məqsədə nail olmadı və olmayacaq", - deyə o bildirib. Pentaqonun başçısı Rusiyanın Cənubi Osetiya və Abxaziya ətrafında təhlükəsizlik zonasından qoşunlarının çıxarılmasına dair öhdəliklərin yerinə yetirilməsini qənaət bəxş hesab edib.
Bununla yanaşı o öz çıxışında Gürcüstanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyib.