Azərbaycan, Bakı, 28 oktyabr/ Trend , müxbir Ü.Sadıqova/ABŞ - ın terrorçuların Suriya kəndindəki qərargahına hücumu Dəməşq və Vaşinqton arasında münaqişəyə gətirməyəcək.
ABŞ HHQ - nin dörd vertolyotunun Suriyanın İraqla sərhəddəki Əbu - Kamal şəhəri ətrafına hücum etməsi nəticəsində, doqquz nəfər həlak olub, 14 nəfər yaralanıb. ABŞ- ın Müdafiə Nazirliyi bu hərəkəti "Əl-Qaidə" qruplaşmasının terror bazalarına zərbə kimi əsaslandırıb, - BBC telekanalı xəbər verib.
Suriyanın xarici işlər naziri Valid Müəllim bəyan edib ki, onun ölkəsi ABŞ- ın "terror təcavüzünə" məruz qalıb.
"Amerikalılar bunu günün günorta çağı ediblər, - Müəllim Londonda mətbuat konfransında bildirib. - Bu göstərir ki, bu, sadəcə səhv deyil, nəzərdə tutulmuş hərəkət olub. Məhz buna görə hücumu terror təcavüzü hesab edirik. Biz məsuliyyəti Amerika hökumətinin üzərinə qoyuruq", - BBC telekanalı xəbər verir.
"ABŞ-ın hücumları dinc Suriya əhalisinə yox, terrorçulara qarşı olub. Bununla əlaqədar, Vaşinqton Dəməşqlə kəskin münaqişəyə yol verməyəcək", - Yaxın Şərq münaqişələri üzrə amerikalı analitik Devid Şenker Trend -a bildirib.
Adının çəkilməsini istəməyən amerikalı nümayəndə bildirib ki, əməliyyatın məqsədi yaraqlıların Suriyadan İraqa keçməsinə kömək edən qruplaşmanın lideri Əbu Qadiyə adlı şəxs olub. Reyd zamanı o öldürülüb, - BBC xəbər verir.
Amerikalıların Suriyanın dinc əhalisinə zərbə endirməsi Dəməşqi narahat edib;bu, Suriyanın hava məkanının pozulmasından başqa, dinc sakinlərə qarşı hücumdur. ABŞ - ın 2001-ci ildə terrorçulara qarşı elan etdiyi müharibə Yaxn Şərqin bütün ölkələri ilə əməkdaşlıqda aparılmalıdır.
2003 - cü ildə Vaşinqton Dəməşqi, Suriya ərazisindən İraqa keçən terrorçuları dəstəkləməkdə ittiham edib. Hətta bu sübut edilməsə də, ABŞ, beş il əvvəl İraq müharibəsinin başlamasından sonra terrorçularla mübarizədə öz diqqətini Suriya və İrana yönəldib.
Dəməşq terroru pisləsə də, Amerikanın xarici siyasət idarəsi 2008 - ci ilin yayında Suriya və İranı terrorizmi dəstəkləməkdə ittiham edib. Suriya hökuməti terrora aidiyyatının olmadığını sübut etmək üçün Vaşinqtonu hərbi əməkdaşlığa çağırsa da, sonuncu bunu rədd edib.
Dəməşq Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbəri Samir əl-Tağının rəyinə görə, bununla əlaqədar ABŞ-ın Dəməşqi terrorla əlbir olmaqda ittiham etmək üçün heç bir əsası yoxdur;ABŞ - ın Suriya ilə əməkdaşlıqdan imtina etməsi, Vaşinqtonun Dəməşqi qəsdən ittiham etməsini göstərir. Tağının rəyinə görə, ABŞ sonuncu zərbələri İraqın bütün sərhədlərini, o cümlədən də Suriya ilə sərhədlərini nəzərətə almaq üçün bəhanəyə çevrimək istəyir.
"Bu, terrorçular deyil, Suriyanın təhlükəsizliyinə zərbədir. ABŞ, Suriyanın sərhədlərini orada olmayan terrorçulardan mühafizə etməkdə aciz olduğunu sübut etmək istəyir", - suriyalı analitik əl-Tağı bildirib.
Əl-Tağınıən sözlərinə görə, Suriya bunu lazım bilmədiyindən, heç bir əks- terror əməliyyatları aparmayıb; Dəməşq öz sərhədlərinin və xüsusilə də İraqla sərhədlərinin təhlükəsizliyinə sərt nəzarət edir.
Lakin Dəməşq ABŞ - ı beynəlxalq cinayətdə ittiham etsə də, çox ehtimal ki Suriya bu məsələni diplomatik səviyyədə həll edəcək. Buna görə, Yaxın Şərqdə yeni münaqişə ocağının yaranması istisna edilir.
ABŞ - ın xarici siyasətində terrorla mübarizə kimi anlayış Vaşinqtonu xaricdən sakit görünən regionları nişana almağa məcbur edir, - Pentaqonun Yaxın Şərq üzrə keçmiş müşavini Şenker hesab edir. Vaşinqtona ərəb ölkəsi ilə - hazırki vəziyyətdə Suriya ilə gələcəkdə müharibəyə keçə biləcək yeni münaqişə başlamaq faydalı deyil.
Lakin Vaşinqton Yaxın Şərqdə "Əl - Qaidə"nin başçılıq etdiyi terrorçulara qarşı müharibəni davam etdirəcək.
Şenkerin sözlərinə görə, bununla əlaqədar, Suriya ABŞ - ı ərazisinə qəsdən hücum etməkdə belə kəskin və əsassız ittiham etməcək.
Lakin ABŞ - ın Suriyaya qarşı atdığı təhlükəli addım Dəməşqin Tehranla - Vaşinqtonun Yaxın Şərqdəki başlıca rəqibi ilə gələcək yaxınlaşmasına gətirə bilər. Əvvəllər Dəməşq Tehranı Qərblə, o cümlədən ABŞ- la əlaqələrinə qarışdırmırdı. Yaxın Şərq münaqişələri üzrə britaniyalı analitik Kristofer Devidsonun rəyinə görə, bundan sonra Dəməşqin regionda "anti-Qərb" siyasətinin yaradılmasına müdaxiləsi istisna edilmir.
"ABŞ-ın köməyi ilə Tehran və Dəməşq araısnda münasibətlərin bu şəkildə möhkəmlənməsi onun müttəfiqinə - İsrailə zərbə vuracaq. Buna görə, Suriya ABŞ - ın zərbələrindən özünümüdafiə bəhanəsi altında İranı Qərblə münasibətlərinə cəlb edəcək", - Ekzeter Universitetinin eksperti Devidson Trend -a bildirib.
Suriya və ABŞ - ın münasibətlərini heç zaman normal adlandırmaq olmaz. Prezident Hafiz Əsədin hakimiyyəti dövründə Vaşinqton SSRİ-nin Yaxın Şərqdəki hərbi tərəfdaşı olmuş ölkə ilə əməkdaşlıqdan imtina edib. 90-cı illərdə - beynəlxalq siyasi vəziyyət dəyişəndə Dəməşq Qərblə əlaqələr qurmaq təklifi ilə çıxış etsə də, Avropa ölkələrindən fərqli olaraq, ABŞ bu təklifdən imtina edib. Bu gün tərəflər arasında münasibətlər, əsasən, Suriyanın İran, həmçinin, Livanın "Hizbullah" təşkilatı ilə sıx bağlı olması ilə əlaqədar gərgindir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]