...

Barak Obama fələstinlilərin Şərqi Qüdsə iddialarını dəstəkləyir – Al-Akbar

Dünya xəbərləri Materials 4 Noyabr 2008 17:10 (UTC +04:00)

Fələstin administrasiyasının sədri Mahmud Abbas və Baş nazir Salam Fəyyad Demokratlar Partiyasından prezidentliyə namizəd Barak Obamanı dəstəkləyirlər - Maariv qəzeti Livanın Al-Akbar qəzetinə istinadən xəbər verir.

Qəzet Rəmallahdakı mənbələrin sözlərini sitat gətirir. Mənbələrin sözlərinə görə, Abbas və Fəyyad Obamanın qələbəsinə ümid edirlər. Belə ki, İllinoys ştatından senator onlara müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyəcəyini vəd edərək bəyan edib ki, fələstinlilərin Şərqi Qüdsə iddialarını dəstəkləyir. Obama fələstinli liderlərə bu barədə 2008 -ci ilin iyulunda Rəmallahda keçirilmiş görüş zamanı məlumat versə də, onun sözlərinin KİV-də dərc olunmamasını xahiş edib.

Bununla yanaşı, Fələstinin HƏMAS təşkilatı ABŞ- dakı seçkilərə laqeyd yanaşır. İslamçıların fikrin ə görə, Amerikada iki zalımın seçkisi keçiriləcək. HƏMAS  rəhbərliyinin rəyinə görə, Makkeyn qələbə qazanarsa, Yaxın Şərqdə yeni müharibənin baş verəcəyini gözləmək olar. Obamanın seçilməsi isə, müharibə ehtimalını azaldır.

Xəbər lenti

Xəbər lenti