...

Bişkekdə ünvanlı işıq söndürülmələrinə başlanılıb

Dünya xəbərləri Materials 17 Noyabr 2008 14:41 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 17 noyabr / Trend , müxbir R.Məşədihəsənli/ Bişkekdə enerji istehlakı limitinə əməl olunmadığından, ünvanlı işıq söndürülmələri yenidən tətbiq edilib. Bu barədə "Şimalelektro" müəssisəsinin baş direktoru Talant Raimjanov məlumat verib.

"Şəhər sakinləri enerjidən istifadə limitilə bağlı bütün xəbərdarlıqlara baxmayaraq, israfçılıq edirlər. 15 gün ərzində elektrik enerjisinin 8,5 mln kVt-saat izafi istifadəsi qeydə alınıb. Enerji istehlakının israfçılığı üzrə liderlik edənlər yeni tikilən binalardır, növbəti yeri mikrorayonlar tutur və biz məhz bu rayonlarda işıqları söndürürük", - o qeyd edib.

Amma Raimjanovun da qeyd etdiyi kimi, "işıqların söndürülməsi altı saatdan artıq davam etməyəcək və bu, istisnasız olaraq gecələr həyata keçiriləcək".

"Sosial obyektlərdə - xəstəxanalarda, hospitallarda, doğum evlərində, internatlarda, həyat əhəmiyyətli və strateji obyektlərdə işıqlar keçirilməyəcək", - "Şimalelektro"nun rəhbəri deyib.

Xəbər lenti

Xəbər lenti