Qırğızıstan, Bişkek, 18 noyabr / Trend Korr. R.Məşədihəsənli/ "Divani-Lüğətid-Türk" ölməz əsərinin müəllifi, türkologiyanın Orta Asiyada əsasını qoyan Mahmud qaşqarlının anadan olmasının 1000 illiyi münasibətilə UNESCO-nun qərarı ilə dünyanın bir sıra ölkəsində yubiley tədbirləri keçirilir. Bu cür tədbirlərdən biri də noyabrın 21-də Bişkek şəhərində gerçəkləşəcək.
Təşkilat komitəsindən Trend -ə verilən məlumata görə, opra və balet teatrı binasında keçiriləcək yubiley tədbirində Qırğızıstan-Türkiyə Manas universitetinin rektoru, professor Sulayman Kayıpov, Türkiyə Mərmərə universitetinin dosenti Fahri Solak və başqalarının məruzələri dinlənəcək, Qırğızıstanın xalq və Qazaxıstanın əməkdar artisti Salamat Sadqovanın ifasında şərqilər səslənəcək.
Mahmud Qaşqarlı-1000 proqramına Türkiyə. Qazaxıstan, Özbəkistan, Azərbaycan, Tatarıstan, Türkmənistan və başqa ölkələrdən çoxlu sayda qonaqlar qatılacaq.
Yubiley tədbirləri ilin sonunadək Qazaxıstan, Özbəkistan, Türkmənistanda da qeyd olunacaq.