...

Peru paytaxtında ASOİƏ liderlərinin sammiti öz işinə başlayıb

Dünya xəbərləri Materials 23 Noyabr 2008 00:57 (UTC +04:00)
Peru paytaxtında ASOİƏ liderlərinin sammiti öz işinə başlayıb

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (ASOİƏ) forumunun liderlərinin sammiti Perunun paytaxtında öz işinə başlayıb.

ASOİƏ qlobal maliyyə böhranının problemini, regional iqtisadi inteqrasiyanın inkişafı, korporativ sosial məsuliyyətin artırılması və regional təhlükəsizliyin müxtəlif aspektlərinin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Sammitdə Lima bəyannaməsi qəbul olunacaq. Sənəd XİN başçıları və ticarət nazirlərinin tövsiyyələri əsasında hazırlanıb.

Bundan əlavə görüşün yekunlarına əsasən ASOİƏ liderlərinin maliyyə böhranından çıxışla bağlı birgə bəyanatı qəbul olunacaq. ( RİA Novosti )

Xəbər lenti

Xəbər lenti