...

Biz ABŞ-ın Ukrayna və Gürcüstana ÜFP verməkdən imtina etməsindən razıyıq – RF prezidenti

Dünya xəbərləri Materials 28 Noyabr 2008 11:00 (UTC +04:00)
Biz ABŞ-ın Ukrayna və Gürcüstana ÜFP verməkdən imtina etməsindən razıyıq – RF prezidenti

Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyev ABŞ-ın Ukrayna və Gürcüstana NATO-ya üzvlük üzrə Fəaliyyət Planının (ÜFP) verilməsindən imtina etmək barədə qərarından razıdır.

"Mən ağılın üstün gəlməsindən razıyam, təəssüf ki, bu, hazırkı ABŞ administrasiyasının fəaliyyətinin sonunda baş verdi. Bu, işlərin hazırkı vəziyyətini göstərir. Ən əsası bu ideyanın bir neçə il öncə vüsət aldığı kimi qəzəbli və mənasız şəkildə irəliləməməsidir", - deyə Medvedyev bildirib.

O qeyd edib ki, bu ölkələr (Ukrayna və Gürcüstan) referendumun keçirilməli olduğunu özləri müəyyən etməlidirlər.

RİA Novosti-nin verdiyi xəbərə görə, ABŞ Dövlət Katibi Kondoliza Rays çərşənbə günü bəyan edib ki, Vaşinqton NATO xarici işlər nazirlərinin dekabrın əvvəlində Brüsseldə keçiriləcək görüşündə Ukrayna və Gürcüstana ÜFP təqdim edilməsi prosesini tezləşdirməyə hazırlaşmır.

Xəbər lenti

Xəbər lenti