Ukrayna, Kiyev, 03 dekabr/ Trend , müxbir Z.Novosvitski/ Ukrayna və Polşanın xarici işlər naziri Vladimir Oqrızko və Radoslav Sikroski Brüsseldəki görüşləri zmanaı NATO - nun Ukrayanın Alyansa gələcək inteqrasiyası barədə qərarını müsbət qiymətləndiriblər, - Ukrayna XİN -in mətbuat xidməti çərşənbə günü xəbər verib.
Dekabrın 2-də NATO - ya üzv ölkələrin xarici işlər nazirləri Ukrayna və Gürcüstana Alyansa Üzvlük üzrə Fəaliyyət Planı təqdim edilmədən, bu ölkələrlə əməkdaşlığı gücləndirməyi qərara alıblar. Əməkdaşlığın gücləndirilməsi hər ölkə üçün illik milli planların yaradılması, NATO - nun Kiyev və Tbilisidə informasiya mərkəzlərinin möhkəmləndirilməsi deməkdir.
Oqrızko və Sikorski ikitərəfli əməkdaşlıq və Ukraynanın Avropa və Avroatlantik inteqrasiyası kontekstində qarşılıqlı əlaqələrin vacib məsələlərini də müzakirə ediblər.
Görüşdə zamanı postsovet məkanında "dondurulmuş" münaqişələrin nizamlanması məsələləri də diqqət mərkəzində olub.