...

İsrailin birinci şəxsləri Səudiyyə Ərəbistanı kralı ilə gizli görüş keçiriblər - İranın "Kayhan" qəzeti

Dünya xəbərləri Materials 8 Dekabr 2008 00:19 (UTC +04:00)

İsrailin prezidenti Şimon Peres və XİN başçısı Sipi Livni bir ay öncə Nyu-Yorkda BMT mənzil-qərargahında dinlərarası konfrans zamanı Səudiyyə Ərəbistanı kralı Abdulla ilə gizlincə görüşüblər. Bu məlumatı dekabrın 7-də Walla agentliyi İranın "Kayhan" qəzetinə istinadən yayıb.

"Dinlər və mədəniyyətlər" konfransı Səudiyyə Ərəbistanı kralının təşəbbüsü ilə təşkil olunub. Tədbirdə 16 ölkənin liderləri iştirak edib.

Ərəb ölkələri Liqasına yaxın mənbə bildirib ki, kral İsrail nümayəndə heyətindən görüş faktını gizlin saxlamağı istəmişdir.

Mənbənin dediyinə görə, Abdulla Peres və Livniyə ərəb dövlətlərinə təzyiq göstərəcəyini və 2002-ci ildə irəli sürülən "Səudiyyə sülh təşəbbüsünü" reallaşdıracağını vəd edib. Bu təşəbbüs ərəb dünyasının İsraillə barışmasını nəzərdə tuturdu. Buraya yahudi dövlətinin 4 iyun 1967-ci il sərhədlərinə qayıdacağı, habelə fələstinli qaçqınların dönüşü nəzərdə tutulurdu.

İran qəzetinə görə, kral Abdulla qaçqınların qayıdışı və Fələstin dövlətinin paytaxtı qismində Qüdsün statusu məsələsində geri çəkilib. Mənbənin iddiasına görə, Nyu-Yorkdakı görüşü Krallığın milli təhlükəsizlik Şurasının rəhbəri Bender bin Sultan və Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri təşkil ediblər.

Görüş haqda məlumatı Qüdsdəki rəsmi mənbələr təsdiq etmirlər. Livninin ətrafı da bu bilgiləri təsdiq etmirlər. İsrail prezidentinin dəftərxanasından da heç bir reaksiya yoxdur.

Xəbər lenti

Xəbər lenti