...

Noqaideli kadr dəyişikliklərini hakimiyyətin can verməsinin təzahürü adlandırıb

Dünya xəbərləri Materials 10 Dekabr 2008 20:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın keçmiş Baş naziri Zurab Noqaideli ölkə hökumətində kadr dəyişikliklərini şərh edir və belə əsəbi və qeyri-adekvat dəyişikliklərin hökumətin can verməkdə olduğuna dəlalət etdiyini qeyd edir. Noqaideli bu gün keçirilən birfinqdə qeyd edib ki, o, xüsusilə də keçmiş xarici işlər naziri Eka Tkeşelaşvilinin vəzifədən götürülməsini mənfi qiymətləndirib. "Son dövrdə ölkənin xarici siyasətini çox mənfi qiymətləndirsəm də, xarici işlər nazirinin bir sammitdən digərinə gedən vaxtda dəyişiklikləri düzgün hesab etmirəm. Normal ölkələrdə belə olmur", - Noqaideli deyib.

Bu gün parlamentin eks-spikeri Nino Burcanadze də hakimiyyətin ünvanına eyni tənqidlə çıxış edib. O da Gürcüstanın diqqəti xarici işlər nazirinin Avropa turnesi vaxtı işdən azad edilməsində cəmləşdirib.

Xəbər lenti

Xəbər lenti