...

İslam Konfransı Təşkilatının rəhbəri Avropa hökumətlərini tədbir görməyə çağırıb

Dünya xəbərləri Materials 15 Dekabr 2008 12:36 (UTC +04:00)

İslam Konfransı Təşkilatının rəhbəri Əkmələddin İhsanoğlu Hollandiyada rəsmi səfərdədir. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.

İhsanoğlu Beynəlxalq Elm Tarixi və Fəlsəfəçilər Birliyinin Amsterdamda keçirilən idarə heyətinin toplantısında iştirak edib. Daha sonra İhsanoğlu müsəlmanlardan ibarət bəzi qeyri - hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb. İhsanoğlu Avropada başqa millət və dinlərə qarşı qeyri- tolerant münasibətin qarşısını almaq üçün hökumətlər tərəfindən lazımi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

İKTrəhbərinin Hollandiyanın bir sıra yüksık rütbəli hökumət rəhbərləri ilə də görüşləri gözlənilir.

Xəbər lenti

Xəbər lenti