...

Mahmud Abbas 2009 - cu il seçkilərində namizədliyini irəli sürmək niyyətində deyil – Al - Hayat qəzeti

Dünya xəbərləri Materials 16 Dekabr 2008 16:31 (UTC +04:00)

Fələstin Muxtariyyətinin (FM) rəhbəri Mahmud Abbas 2009 - cu ilin aprelinə təyin edilmiş prezident və parlament seçkilərində namizədliyini irəli sürmək niyyətində deyil, - Ynet Agentliyi Al - Hayat qəzetinin məlumatına istinadən xəbər verir.

Al-Hayat mətbu nəşri, Fələstin mənbələrinə istinadən xəbər verir ki, yaxın vaxtlarda Abbas öz qərarını rəsmi şəkildə elan etmək niyyətindədir. Mənbənin məlumatlarına görə, FM-in rəhbəri belə qəti addım atmazdan əvvəl bəzi ərəb liderlərlə, xüsusilə də Suriya prezidenti Bəşər Əsədlə məsləhətləşib.

Son vaxtlar Abbas, xüsusilə də seçkilərin keçirilməsi tarixi ilə əlaqədar, HƏMAS tərəfindən müntəzəm hücumlara məruz qalıb. HƏMAS-ın liderləri açıq şəkildə Abbasdan səlahiyyətləri bitdikdən sonra vəzifəsini tərk etməyi tələb edirlər. Onun səlahiyyət müddəti 2009 - cu il yanvarın 9 - da başa çatır. Bununla yanaşı, HƏMAS Siyasi Bürosunun rəhbəri Xaled Məşəl parlament seçkilərinin yalnız 2010 - cu ildə keçirilməsinə təkid edir və onları bundan əvvəl elan etmək birbaşa qanun pozuntusu olacaq.

Suriya da daxil olmaqla, bəzi ərəb ölkələri Fələstin liderinə seçkiləri 2009 - cu ilin avqust və sentyabrında keçirməyi məsləhət görür. Yanvarın 9 - dan sonra Abbasın yerini kimin tutacağı hələ məlum deyil. Mətbu nəşrin yazdığına görə, o özü hakimiyyəti seçkilərdə namusla qələbə qazanmış namizədə vermək niyyətindədir. Ötən həftə Rəmallahda keçirilən mətbuat konfransında Fələstin lideri bəyan edib ki, qanun pozuntuları və saxtalaşdırmadan qaçmaq üçün, seçkilərə xarici müşahidəçiləri dəvət etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti