...

Türkiyədə "üzr istəyirik" kampaniyasına qarşı "üzr gözləyirik" kampaniyası başlayıb

Dünya xəbərləri Materials 17 Dekabr 2008 13:12 (UTC +04:00)

Türkiyədə bir qrup insanın ermənilərdən "üzr istəyirik"kampaniyasına qarşı bu ölkədə üzr gözləmə kampaniyası başlayıb. Bu barədə Türkiyənin "Haber7" informasiya agentliyi məlumat verib.

Bir neçə gün əvvəl Türkiyədə yaradılmış bir internet saytında 1915 - ci ildə Osmanlı dövlətinin ermənilərə qarşı cinayətlər törətdiyi iddia edilərək, ermənilərdən üzr istəmə kampaniyası həyata keçirilir. Indiyədək saytda qeydiyyatdan keçərək üzr istəyənlərin sayı 5 min nəfəri keçib. Bu gün isə bu kampaniyaya qarşı yaradılan başqa bir saytda ermənilərin türklərə qarşı törətdikləri cinayətlərə görə "üzr gözləyirik" kampaniyası həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti