...

İrakli Alasaniya BMT Baş katibi ilə görüş səbəbindən vətənə qayıdışını təxirə salıb

Dünya xəbərləri Materials 19 Dekabr 2008 11:10 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ İrakli Alasaniyanın Gürcüstana qayıdışı dekabrın 22-ə təxirə salınıb. Alasaniya jurnalistlərə bildirib ki, Tbilisiyə qayıdışı BMT Baş katibi Pan Gi Muun ilə planlaşdırılan görüşü səbəbindən təxirə salınıb.

Görüş bu gün keçirilməlidir.

"Görüşdə regionumuzda yaranan çətin vəziyyət, xüsusilə də, Abxaziya münaqişəsinin nizamlanması prosesində BMT-nin yeni rolu ilə bağlı məsələlər nəzərdən keçiriləcək", - deyə Alasaniya bildirib.

Dekabrın 21-də Alasaniyanın 35 yaşı tamam olur və o, Gürcüstan Konstitusiyasına görə, prezidentliyə namizədlik vermək hüququ alacaq. Müxalifət növbədən kənar seçkilər keçirmək və onun namizədliyini irəli sürmək niyyətindədir. Lakin hakimiyyət seçkilər keçirmək niyyətində deyil.

Maraqldır ki, dekabrın 21-i Gürcüstan prezidenti Mixail Saakaşvilinin də ad günüdür.

Xəbər lenti

Xəbər lenti