...

Gürcüstan ölkədə ATƏT DŞ-nin mandatının uzadılması barədə məsələ qaldıracaq

Dünya xəbərləri Materials 12 Yanvar 2009 11:08 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 yanvar/ Trend , N. Kirtsxaliya/ Gürcüstan tərəfi ATƏT Daimi Şurasının Vyanada keçiriləcək birinci iclasındaca təşkilatın Gürcüstandakı missiyasının mandatının uzadılması barədə məsələnin müzakirə edilməsinə təşəbbüs göstərəcək. Gürcüstanın ATƏT-dəki nümayəndəliyindən bildiriblər ki, iclas yanvarın 15 keçiriləcək.

Gürcüstan tərəfi Cenevrə prosesi ilə yanaşı digər beynəlxalq formatların da səmərəli şəkildə istifadə olunması məsələsini gündəliyə çıxarmaq niyyətindədir.

Şuranın işinə ilk dəfə olaraq, yeni ildən ATƏT-ə sədrlik edən Yunanıstanın XİN rəhbəri Dora Bokoyanni rəhbərlik edəcək. O, bu postda finlandiyalı həmkarını əvəz edib.

Cənubi Osetiya tərəfindən tanınan yeni missiyanın təsis edilməsini tələb edən Rusiya ötən ilin sonunda ATƏT-in Gürcüstanda missiyasının həyata keçirilməsini dayandırıb. Bu qərardan sonra ATƏT-in Gürcüstandakı missiyasının formatı üzrə gücləndirilmiş müzakirələr gedir.

Xəbər lenti

Xəbər lenti