...

Əfqanıstan hökuməti ABŞ-ın yeni strateji siyasətini dəstəkləyir

Dünya xəbərləri Materials 25 Yanvar 2009 12:40 (UTC +04:00)

Əfqanıstan, Kabil, 25 yanvar/ Trend müxb. A.Hakimi/ Əfqanıstan hökuməti Riçard Holdbrukun ABŞ-ın Pakistan və Əfqanıstanda diplomatik nümayəndəsi postuna təyinatını dəstəkləyir.

Bill Klintonun administrasiyasında ABŞ-ın BMT-dəki səfiri kimi fəaliyyət göstərən Holdbruk ölkənin aparıcı diplomatlarından biridir.

Əfqanıstan XİN-nin rəhbəri bildirib ki, Holdbrukun təyinatı bölgədə terrorizmin qarşısını almaq istiqamətində səyləri daha da möhkəmləndirəcək.

Xəbər lenti

Xəbər lenti